Episodios

  • Bakı yaşıllığı nə dərəcədə uğurludur? Biomüxtəliflik, genetika və ekoloji məsuliyyət. Zaman Maşını #9
    May 23 2025
    Bu gün “Zaman Maşını” verilişində qonağımız biologiya elmləri doktoru Tubuxanım Qasımzadə oldu. 22 May – Biomüxtəliflik Gününə həsr olunan buraxılışda bitki növlərinin qorunması, “Qırmızı kitab” və “Çəhrayı siyahı”nın əhəmiyyəti, genetik modifikasiyanın məqsədi və mümkün risklərini müzakirə etdik. Eyni zamanda, qida təhlükəsizliyi, ekoloji savadlılıq, Bakı şəhərinin yaşıllıq səviyyəsi, COP29 tədbiri və ətraf mühitin qorunmasında üzərimizə düşən məsuliyyətlərə də toxunduq.
    Más Menos
    42 m
  • Azərbaycanla dünyanın çay mədəniyyəti arasında fərq nədir? Zaman Maşını #8
    May 22 2025
    “Zaman Maşını” verilişinin növbəti buraxılışında qonağımız etiket qaydaları üzrə mütəxəssis Cəmilə Hüseynova oldu. 20 May – Beynəlxalq Çay Gününə həsr olunan buraxılışda Azərbaycan çay mədəniyyəti, samovar süfrəsi və armudu stəkanın incəlikləri, Yaponiyanın matça mərasimi, İngilislərin südlü çay ənənəsi və məşhur "tea time" saatı haqqında danışdıq. Həmçinin, Çin və Hindistanda çayın qədim tarixi, çay plantasiyalarının ekologiyası, müxtəlif bitki çayları, çay dəmləmə qaydaları və çay içərkən etiket qaydaları da verilişin əsas mövzularından oldu.
    Más Menos
    39 m
  • Heç vaxt xarab olmayan balın sirri nədədir? Zaman Maşını #7
    May 20 2025
    Bu dəfə “Zaman Maşını” verilişində qonağımız arıçı Pərvin Mehdiyev oldu. 20 May – Beynəlxalq Arı Gününə həsr olunmuş buraxılışda əsas diqqət Qarabağ və Şərqi Zəngəzur bölgəsində arıçılığın inkişafına yönəldi. Qonağımız bu ərazilərin unikal flora və faunasının balın keyfiyyətinə təsirindən, dağ və çəmən balları arasındakı fərqlərdən, bölgənin bal məhsullarının dünya bazarına çıxarılması perspektivlərindən bəhs etdi. Arıçılığın həm iqtisadi, həm də ekoloji baxımdan əhəmiyyəti barədə maraqlı məlumatlar verildi.



    Más Menos
    35 m
  • Hər palçıq vulkanında çimmək olmaz. Zaman Maşını #6
    May 20 2025
    "Zaman Maşını" verilişinin növbəti buraxılışında qonağımız Geologiya və Geofizika İnstitutunun “Palçıq vulkanizmi” şöbəsinin baş elmi işçisi, elmlər doktoru, dosent Orxan Abbasov oldu.
    Palçıq vulkanlarının yaranma səbəbləri, onların təhlükəlilik səviyyəsi, çimmək üçün uyğun olub-olmaması, Xəzər sahilindəki tanınmış vulkanlar və Azərbaycanın bu sahədə dünyada tutduğu yer barədə ətraflı və elmi əsaslı müzakirə apardıq.
    Más Menos
    45 m
  • Qobustanın sirlərinə səyahət. Zaman Maşını #5
    May 16 2025
    "Zaman Maşını" verilişinin növbəti buraxılışının qonağı Qobustan Milli Tarix-Bədii Qoruğunun aparıcı elmi işçisi Nuranə Həsənova ilə birlikdə Qobustanın tarixi, mədəni və coğrafi əhəmiyyəti, ərazidə aparılan qoruma tədbirləri və bu unikal abidə haqqında maraqlı faktlardan danışdıq.
    Qədim insan həyatının izləri, minilliklərə meydan oxuyan qayaüstü təsvirlər, daş kitabələr və vulkanların diyarı haqqında maraqlı faktlarla zəngin bir söhbət sizi gözləyir.
    Más Menos
    39 m
  • Açar sözlər süni intellektdə niyə vacibdir? Zaman Maşını #4
    May 16 2025
    "Zaman Maşını" verilişinin növbəti buraxılışının qonağı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru Rasim Mahmudov oldu. Qonağımızla süni intellektin (AI) cəmiyyətə və təhsilə təsiri, onun gələcək perspektivləri, innovasiyalar, rəqəmsal transformasiya və elmin inkişafında oynadığı rol barədə maraqlı və faydalı müzakirə apardıq.
    Más Menos
    44 m
  • Xəzər dənizi Bakını zəlzələdən qoruyur? Zaman Maşını #3
    May 15 2025
    "Zaman Maşını" verilişinin növbəti buraxılışının qonağı Yer elmləri üzrə elmlər doktoru, Geologiya və Geofizika İnstitutunun Seysmologiya və Seysmik Təhlükənin Qiymətləndirilməsi şöbəsinin rəhbəri Qulam Babayev oldu.
    Verilişdə zəlzələlərlə bağlı maraqlı elmi faktlar, Azərbaycanda hiss oluna biləcək maqnitudalı təkanlar, seysmik risklər və Bakıda dağıdıcı zəlzələ ehtimalı barədə ətraflı söhbət etdik.
    Más Menos
    34 m
  • Təhsildə kişi müəllimlərin rolu niyə vacibdir? Zaman Maşını #2
    May 14 2025
    "Zaman Maşını" verilişinin qonağı təhsil eksperti Rizvan Fikrətoğlu ilə müasir təhsil sistemizin effektivliyindən, təhsildə kişi müəllimlərin azlığı problemindən, dünyada təhsil metdoları və s. mövzular ətrafında söhbət etdik.
    Más Menos
    42 m
adbl_web_global_use_to_activate_T1_webcro805_stickypopup